Modern.az

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

Aktual

29 Avqust 2021, 10:09

Yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsi, Hacıqabul rayon sakini İlham Musayev Şirvan şəhəri ərazisində saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, ona COVID-19 virusuna yoluxduğu ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.

 

Lakin adıçəkilən şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və Şirvan şəhəri ərazisində çalışdığı avtoyuma məntəqəsinə gedib.

 

Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

 

İ.Musayev barəsində Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı