Modern.az

Ermənistanda virusa yoluxanların sayı yenə artdı

Ermənistanda virusa yoluxanların sayı yenə artdı

Aktual

29 Avqust 2021, 13:13

Ermənistanda daha 383 nəfər COVID-19 virusuna yoluxub.

 

Modern.az-ın xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

 

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 241 336-ya çatıb. Son sutkada koronavirusdan 11 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 823-ya yüksəlib.

 

İndiyədək koronavirusa yoluxan 226 292 nəfər sağalıb. Hazırda 9086 pasiyent müalicə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi