Modern.az

Tanınmış klubda mühafizəçi müştərini döyərək öldürdü - FOTO

Tanınmış klubda mühafizəçi müştərini döyərək öldürdü - FOTO

Aktual

30 Avqust 2021, 14:40

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

 
Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

 

Qətl törədən şəxs Orxan Şahbazov

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi