Modern.az

İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO

İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO

Aktual

30 Avqust 2021, 15:54

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı