Modern.az

Antisanitar şəraitdə işləyən pendir sexi aşkarlandı - FOTO

Antisanitar şəraitdə işləyən pendir sexi aşkarlandı - FOTO

Aktual

30 Avqust 2021, 21:36

Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən, fiziki şəxs Alverdiyev Tural Arif oğluna məxsus saçaqlı pendir istehsalı sexində keçirilən yoxlama zamanı sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

 

Qeyd olunub ki, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların baytarlıq (baytarlıq sanitariya) ekspertizasından keçmədən satışa təqdim edildiyi aşkar edilib.

 

Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı