Modern.az

Gürcüstan müxalifəti seçkiyə görə BİRLƏŞİR

Gürcüstan müxalifəti seçkiyə görə BİRLƏŞİR

Aktual

30 Avqust 2021, 23:27

Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası”, Respublikaçılar və Azad Demokratlar partiyaları oktyabrın 2-də yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə iştirak etmək üçün “Üçüncü Güc” platforması yaradıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın müxalif partiya lideri, keçmiş prezidentliyə namizəd Giorgi Vaşadze məlumat verib.

 

“Yerli idarəetmə seçkiləri 2 oktyabrda keçiriləcək. Yerli özünüidarə seçkiləri dizayn baxımından çox önəmlidir, hazırkı seçkilər ölkənin canlanması prosesi üçün xüsusi əhəmiyyət kəsb edir və ölkəni qurmaq üçün üçüncü qüvvəyə ehtiyac var”, - deyə o qeyd edib.

 

Vaşadze hesab edir ki, Gürcüstan siyasəti iki qütbdən ibarətdir, bunlar Gürcü Arzusu partiyası və Vahid Milli Hərəkat partiyasıdır.

 

“Üçüncü qüvvə” hələ bələdiyyə sədrliyinə namizədlər irəli sürməyib, lakin platforma rəhbərləri yaxın gələcəkdə namizədlərini ictimaiyyətə təqdim edəcəklərini bildiriblər.

 

Gürcüstanın yerli hakimiyyət orqanlarına seçkilərdə 48 partiya iştirak edəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı