Modern.az

Para-atletlərimiz finala vəsiqə qazandı

Para-atletlərimiz finala vəsiqə qazandı

Aktual

31 Avqust 2021, 07:23

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

 

Bu barədə Modern.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

 

Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

 

Eyni zamanda Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

 

Bu gün 6 paralimpiyamız Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparır. Bunların ikisi güllə atıcısı, biri üzgüçü, üçü isə atletdir.

 

Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı