"Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar minatəmizləyən əməkdaşlarımızın misli görünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir".
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında bildirib.
"Təşəkkürlər, ANAMA! Qürur duyuruq! Allah qorusun!”, - deyə E.Hüseynov qeyd edib.
