Modern.az

Gələn ildən heyvanların vaksinasiyasına başlanılacaq

Gələn ildən heyvanların vaksinasiyasına başlanılacaq

Aktual

31 Avqust 2021, 11:29

Gələn ilin əvvəlindən heyvanların vaksinasiyasına başlanılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyev deyib.

 

O bildirib ki, artıq gələn ildən vətəndaşlar aldıqları ətin təhlükəsizliyi barədə kəsim və satış məntəqələrində tanış ola biləcək:

 

"Heyvan və ya ət satan şəxsə həmin heyvanın vaksin olunması barədə məlumatlar veriləcək, ət alan vətəndaş da kəsilən heyvanın sağlam olub-olmadığını biləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı