Modern.az

“Dəniz kuboku”nda artilleriya atışları yerinə yetirildi - VİDEO

“Dəniz kuboku”nda artilleriya atışları yerinə yetirildi - VİDEO

Aktual

31 Avqust 2021, 13:24

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, tapşırığın şərtlərinə görə hərbi dənizçilər hərəkərdə olan gəmilərdən müəyyən məsafədə üzən iki mina hədəfini ümumilikdə 32 patron istifadə edilməklə məhv ediblər.

 

Hakimlər komissiyası hədəflərin məhv olunması və gəmilərin vaxt baxımından poliqonu daha tez tərk etməsi üzrə qiymətləndirmə aparıb.
Tapşırığın yekununda İran komandası 38 balla birinci, Rusiya  36 balla ikinci, Qazaxıstan 34 balla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 28 balla dördüncü yerdə qərarlaşıblar.

 

Hazırda müsabiqənin növbəti mərhələsi keçirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı