Modern.az

ATƏT Cənubi Qafqaz ölkələrini əməkdaşlığa çağırdı

ATƏT Cənubi Qafqaz ölkələrini əməkdaşlığa çağırdı

Aktual

31 Avqust 2021, 21:50

“Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir”.

 

Modern.az xəbər verir ki, bunu ATƏT-in sədri Ann Linde İllik Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

 

Linde ATƏT-in bölgədəki səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.

 

Üç ölkə arasında təmasların əhəmiyyətini vurğulayan Linde qeyd edib ki, əməkdaşlıq sahələri infrastruktur, rabitə və ətraf mühit məsələlərini əhatə edə bilər.

 

“Xüsusi nümayəndəm bu üç ölkə ilə qarşılıqlı əlaqədədir və hər üç tərəfin konstruktiv yanaşmasını qiymətləndiririk”, - deyə ATƏT sədri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı