Goranboyda Şəhid, Milli Qəhrəman Yunis Nəcəfovun doğum günündə əziz xatirəsi anılıb.
Modern.az xəbər verir ki, anım mərasimində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, Şəhidin ailə üzvləri və ictimai fəalları iştirak ediblər.
Rayon rəhbərliyi qonaqlarla birgə Şəhid, Milli Qəhrəmanın qəbrini ziyarət ediblər, əziz xatirəsini anıblar və ruhuna dualar oxuyublar