Modern.az

Havada tozun miqdarı normadan 2 dəfə çoxdur

Havada tozun miqdarı normadan 2 dəfə çoxdur

Aktual

1 Sentyabr 2021, 13:40

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

 

Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyində istinadən xəbər verir ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

 

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı