Modern.az

“Neftçi”nin futbolçusu yunan klubuna keçdi

“Neftçi”nin futbolçusu yunan klubuna keçdi

Aktual

1 Sentyabr 2021, 21:26

“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb.

 

Modern.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.

 

Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!