Modern.az

ÜST yoluxmanın sürətlə artmasının səbəbini AÇIQLADI

ÜST yoluxmanın sürətlə artmasının səbəbini AÇIQLADI

Aktual

2 Sentyabr 2021, 07:51

Hazırda Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə COVID-19-a yoluxma halında artım müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bunu  Trend-ə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

O, yoluxma sayındakı artımın səbəblərini açıqlayıb:

 

"Bu artım hallarında Delta daxil olmaqla, virusun yeni ştammlarının meydana çıxması, ölkələrin ictimai səhiyyə və sosial tədbirləri yumşaltması, nəticədə insanların yenidən toplaşması və səyahəti böyük rol oynayır. Bu isə COVID və digər tənəffüs yolları infeksiyalarının, xüsusən də qrip virusunun yayılma ehtimalını artırır".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı