Modern.az

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındı

Aktual

2 Sentyabr 2021, 08:16

Bakıda intihara cəhdin qarşısı alınıb.

 

Bu barədə  Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı