Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo cəzalı duruma düşüb.
Modern.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında (2:1) alınan sarı vərəqə hücumçunun ikinci xəbərdarlığı olub.
Bu səbəbdən Ronaldo növbəti seçmə oyunu buraxacaq. Belə ki, Kriştiano sentyabrın 7-də Azərbaycanla Bakıdakı görüşə məcburi istirahət edəcək.