Modern.az

Şahmatçımız Avropa çempionatında liderdir  

Şahmatçımız Avropa çempionatında liderdir  

Aktual

2 Sentyabr 2021, 09:20

Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov polşalı Kacper Piorun ilə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnir cədvəlində 6 xalla 1-2-ci yerləri bölüşən şahmatçımız liderliyini davam etdirir.

 

Digər təmsilçilərimizdən Nicat Məmmədov fransalı Maksim Laqardı məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. O, bu nəticə ilə 3-9-cu yerləri bölüşür. Yeddinci turu daha bir şahmatçımız - Read Səmədov qələbə ilə başa vurub. Belə ki, o, isveçrəli Nikolas Kuenqi məğlub edib. Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta ilə heç-heçə ediblər.

 

Ötən turların nəticəsinə görə, N.Abasov 4,5, A.Süleymanlı, R.Səmədov 4 xala malikdirlər.

 

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı