Modern.az

Rövşən Əkbərovun oğlunun hücumuna məruz qalan vəkil izahat verdi

Rövşən Əkbərovun oğlunun hücumuna məruz qalan vəkil izahat verdi

Aktual

2 Sentyabr 2021, 11:40

Həbsdə olan Rövşən Əkbərovun oğlunun hücumuna məruz qaldığını bildirən vəkil Elçin Sadıqov bu gün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verib.

 

Modern.az xəbər verir ki, E.Sadıqov araşdırmanın ədalətli aparlacağına inandığını deyib:

 

“Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”.

 

Qeyd edək ki, vəkil Elçin Sadıqov məlum hadisə ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı