Modern.az

Ötən gün ölkədə 64 yanğın hadisəsi olub

Ötən gün ölkədə 64 yanğın hadisəsi olub

Aktual

2 Sentyabr 2021, 12:02

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 64 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 2 nəfər, Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas edilib.

 

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı