Tanınmış yunan bəstəkar Mikis Teodorakis vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən sənətçi 96 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, ona dünya şöhrəti gətirən musiqi "Yunan Zorba" filmi üçün yazdığı "Sirtaki" əsəri olub. M.Teodorakisin mahnılarını "Bitls" qrupu və Edit Piaf kimi sənətçilər ifa ediblər.
Bəstəkar 1983-cü ildə "Xalqlar arasında sülhü gücləndirdiyinə görə" Beynəlxalq Lenin Mükafatı laureatına layiq görülüb.