Modern.az

Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb

Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb

Aktual

13 Sentyabr 2021, 08:27

Ağstafada dəhşətli qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

 

Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı iki qardaş - Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri - ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi