Modern.az

Pakistanda leysan nəticəsində evlər çöküb - 14 ölü

Pakistanda leysan nəticəsində evlər çöküb - 14 ölü

Aktual

13 Sentyabr 2021, 11:18

Pakistanın şimal-qərbindəki Xayber əyalətində leysan yağıntıları bir neçə yaşayış evinin çökməsinə səbəb olub.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.

 

Həlak olanların böyük əksəriyyətinin qadın və uşaqlar olduğu deyilir. Qeyd olunur ki, bölgədə leysan iki günə yaxındır davam edir.

 

Fəlakət zonasına xilasedicilər və texnika göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı