Modern.az

Həbsdəki sabiq icra başçısı ilə bağlı xəbərə aydınlıq gətirildi

Həbsdəki sabiq icra başçısı ilə bağlı xəbərə aydınlıq gətirildi

Aktual

13 Sentyabr 2021, 13:13

Gədəbəy rayonunun həbsdəki keçmiş icra başçısı Saleh Rüstəmlinin səhhətilə bağlı vəziyyətə və koronavirusa yoluxduğu barədə xəbərə aydınlıq gətirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, Saleh Rüstəmliyə imkan yaradılıb ki, vəkilinə zəng etsin.

Vəkili ilə telefon əlaqəsi saxlayan S.Rüstəmli bildirib ki, ondan COVID-19 testi götürülüb və cavab neqativ çıxıb. Həkimlər sabiq icra başçısını  müayinə edəndən sonra ona qrip diaqnozu qoyublar.

Hazırda Saleh Rüstəmlinin həbsxanada müalicə aldığı bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 27-sində Rusiya vətəndaşı Saleh Rüstəmovun 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.


Sentyabrın 24-də Ali Məhkəmədə Saleh Rüstəmlinin şikayətinə baxılıb. Ali Məhkəmə S.Rüstəmlinin cəzasını 2 ay azaldaraq, 7 il 3 aydan 7 il 1 aya endirib.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı