Modern.az

Cəlilabadda 19 yaşlı ana doğuş zamanı öldü   

Cəlilabadda 19 yaşlı ana doğuş zamanı öldü   

Aktual

13 Sentyabr 2021, 21:47

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

 

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

 

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!