Modern.az

Beynəlxalq Türk Akademiyası Nəvainin kitablarının təqdimatını keçirib

Beynəlxalq Türk Akademiyası Nəvainin kitablarının təqdimatını keçirib

Aktual

14 Sentyabr 2021, 13:06

Beynəlxalq Türk Akademiyası (TWESCO) Şərqin və türk dünyasının tanınmış şairi Əlişir Nəvainin 580 illiyi münasibəti ilə  Özbəkistanın paytaxtı Daşkənddə  şairin “Əlişir Nəvai. Xəmsə” , “Mühəkəmətül-lüğətiy” və “Qəzəllər” kitablarının təqdimatını keçirib.

Özbəkistanın Yazıçılar İttufaqında keçirilən tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli və eyni zamanda Özbəkistan respublikasının rəsmi şəxsləri və ziyalıları iştirak edib. Əlişir Nəvai irsindən və türk dünyasının tanınmış ədiblərindən bəhs edən  Akademiya prezidenti Darxan Kıdırəli öz çıxışında qeyd edib ki, biz böyük türk şairləri və filosofları haqqında danışarkən gözlərimizin önünə Mahmuq Kaşqari, Jusup Balasaqun, Əl Fərabi, Nizami, Abay gəlir. Və bu böyük simaların yanında Əlişir Nəvainin də öz xüsusi yeri vardır. Əlişir Nəvai yaradıcılığında bir xalqın müdrikliyi və gələcək nəsillərə ötürülən öyüdlər əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki,  Əlişir Nəvai öz şerlərini böyük Nizami Gəncəvidən ilhamlanaraq yazmışdı. Böyük mütəfəkkir şairi Nəvainin  şerlərini özbək dilindən qazax dilinə , Qazqaxıstanın “Parasat” ordeninin laureatı Nəsibbəy Aytulı tərcümə edib. Qazax dilinə tərcümə olunan kitabda “Leyli və Məcnun” və “İsgəndər Divarı” poemaları da yer alıb.

Tədbir çərçivəsində  türk dünyası xalqları və dost ölkələr arasında əməkdaşlığa verdiyi töhvələrə görə , eyni zamanda “Əlişir Nəvai. Qəzəlləri” kitabının tərtibçisi Məhəmməd Əli,  Abay Kunanbayevin “Qara sözlər” kitabını özbək dilinə rərcümə edən  İbodulla Mirzəyev, Kozokbay Yuldaşev Beynəlxalq Türk Akademiyasının “Gümüş medalı” ilə təltif olunublar.

Əlişir Nəvainin TWESCO-nun dəstəyi ilə çap olunan “Mühəkəmətül-lüğətiy”  kitabını qazax dilinə  şərqşünas alim Torali Kıdır tərcümə edib.  Dünyanın bir çox dillərinə tərcümə olunan bu kitab  türk dilinin , eləcə də türk poeiyasının zənginliyindən xəbər verir.  “Qəzəllər” kitabınında  azərbaycan, başkurt, qazax, qaraqalpak, krım-tatar, qırğız, saxa, tatar, türkmən, özbək və uyqur dilinə tərcümə olunan şerləri  toplanıb. Kitabı Özbəkistanın tanınmış alimi Məhəmməd Əli tərtib edib.

Böyük şairin 580 illiyi münasibəti ilə keçirilən tədbirdə onun ədəbi əsərlərinin qardaş türk xalqları arasında qızıl körpü rolu oynayadığı vurğulanıb.

 

.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı