Azərbaycanda dördəmlər dünyaya gəlib.
Bu barədə Modern.az-a “Leyla Medical Center”dən məlumat verilib.
Bildirilib ki, Bakıda doğulan uşaqlardan 3-ü oğlan, 1-i qızdır. Onların çəkiləri 1140 qram (oğlan) , 1350 qram (oğlan), 1230 qram (oğlan), 1120 qramdır (qız).
Ananın və uşaqların vəziyyəti stabildir. Təxminən 10-15 gündən sonra evə buraxılacaqlar.
Qeyd edək ki, ananın 30, atanın isə 31 yaşı var. Onlar 4 ildir uşaq həsrəti ilə yaşayırdılar. Uşaqlar süni mayalanma nəticəsində dünyaya gəlib.
Fidan İlqar