Modern.az

Sabiq icra başçısı həbsdən buraxıldı

Sabiq icra başçısı həbsdən buraxıldı

Aktual

15 Sentyabr 2021, 09:59

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

 

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

 

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?