Modern.az

Döyüş meydanında sərgilədiyimiz qətiyyəti dinc həyatda da nümayiş etdirməliyik

Döyüş meydanında sərgilədiyimiz qətiyyəti dinc həyatda da nümayiş etdirməliyik

Aktual

15 Sentyabr 2021, 10:48

Qanunların aliliyinin təmin olunması, şəffaflıq, dürüstlük, vicdanlılıq, vətəndaş təəssübkeşliyi və məmnunluğu dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatların əsasını təşkil edir və Prezident İlham Əliyevin yüksək vəzifələrə təyinat alan dövlət qulluqçularının qarşısına qoyduğu əsas vəzifə onların öz şəxsi mənafelərinə yox, xalqın, dövlətin maraqlarına xidmət etmələridir.

 

Bunu Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Azərbaycan Prezidentinin Cəlilabad və Şəmkir rayonlarına yeni təyinat almış icra hakimiyyəti başçılarını videoformatda qəbulu zamanı səsləndirdiyi fikirlərə diqqət çəkən millət vəkili qeyd edib ki, dövlətimizin başçısının tövsiyyələrində yer alan məqamlar təkcə bu gün üçün deyil, gələcəkldə də Azərbaycan məmurlarının gerçək obrazının əsas cizgilərini təşkil etməlidir:

 

“Biz 30 illik bir zaman kəsiyindən sonra Azərbaycan torpaqlarının işğalına son qoyan, dünya hərb tarixində görünməmiş, misilsiz qəhrəmanlıqlar nümayiş etdirən, ədaləti bərqərar etmək üçün ölümün gözünə dik baxan qəhrəman bir xalqın övladları, qüdrətli, qürurlu bir dövlətin vətəndaşlarıyıq. Döyüş meydanında sərgilədiyimiz qətiyyəti dinc həyatda da nümayiş etdirməli, korrupsiyaya, rüşvətxorluğa qarşı mübariz olmalıyıq. Ən çətin anlarda belə düşmənə qarşı ləyaqətli davranışı ilə hərb əxlaqının yeni nümunəsini yaradan qəhrəmanlarımız dünyaya örnək olduqları kimi, məmurlarımız da öz ləyaqətli davranışları ilə hər kəsə nümunə olmalıdırlar. Ləyaqətli məmur obrazı ləyaqətli əsgər obrazının davamı olmalıdır. Azərbaycan Prezidentinin dövlət qulluqçularından tələbi, özünün də qeyd etdiyi kimi onların başqalarına nümunə olmaları, insanların rahatlığı, firavanlığı barədə düşünmələridir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı