Modern.az

Lionel Messi zədələndi

Lionel Messi zədələndi

Aktual

21 Sentyabr 2021, 16:30

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb.

 

Modern.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Liqa-1-in VI turunda "Lion"a 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnən 34 yaşlı hücumçu tibbi müayinədən keçib.

 

Klub argentinalı oyunçunun sol dizindən xəsarət aldığını təsdiqləyib. O, 48 saatdan sonra yenidən tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, "Lion"la görüşün start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənib. Əvəzlənməsindən narazı qalan forvard baş məşqçi Maurisio Poçettinonun əlini sıxmaqdan imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi