Modern.az

Yeni nazir MMA döyüşçüsü ilə görüşdü

Yeni nazir MMA döyüşçüsü ilə görüşdü

Aktual

21 Sentyabr 2021, 21:23

Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüsü Nəriman Abbasovla görüşüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, F.Qayıbov 27 yaşlı idmançını təbrik edib və ona bundan sonrakı yarışlarda da qələbələr arzulayıb.

 

Qeyd edək ki, Abbasov "AMC Fight Nights" turnirində rusiyalı Şamil Zavurovu məğlub edərək növbəti dəfə öz titulunu qoruyub. İndiyədək 30 döyüş keçirən idmançı bunlardan 27-də qalib gəlib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi