Modern.az

Zaqreb Qran-Prisində daha bir cüdoçumuz mübarizəyə başlayır

Zaqreb Qran-Prisində daha bir cüdoçumuz mübarizəyə başlayır

Aktual

26 Sentyabr 2021, 11:39

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri davam edir.

 

Modern.az xəbər verir ki, bu gün yarışa daha bir cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq) qatılacaq. Millimizin üzvü səkkizdəbir finaldan mübarizəyə başlayacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

 

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

 

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.

 

 
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı