Modern.az

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyuldu

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyuldu

Aktual

26 Sentyabr 2021, 13:59

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub.

 

Modern.az-ın verdiyinə xəbərə görə, rayonun Şıxarx kəndində keçirilən mərasimdə yüzə yaxın şəhid ailəsi, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib.

 

Layihə rəhbəri, sosial fəal Emin Tarverdiyev jurnalistlərə açıqlamasında ümumi sahəsi 3 hektar olan parkda hər şəhidin xatirəsinə bir ağac əkiləcəyini, burada dəmir yumruq və Xarı bülbül heykəlinin ucaldılacağını bildirib.

 

Tərtər rayon icra hakimiyyətinin dəstəyi ilə inşa edilən Xatirə parkının açılışı zəfər günü keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...