Modern.az

Qəbələdə iri gövdəli ağac aşdı

Qəbələdə iri gövdəli ağac aşdı

Aktual

26 Sentyabr 2021, 14:16

Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub. 

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub.

 

Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!