Modern.az

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirdi

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirdi

Aktual

26 Sentyabr 2021, 14:26

Suriyanın şimal-qərbində PKK terror təşkilatının bu ölkədəki qanadı YPG-nin “Zeytun budağı" əməliyyat zonasına hücum hazırlayan altı silahlısı zərərsizləşdirilib. 

 

Modern.az-ın xəbərinə görə, Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, Türkiyə xüsusi təyinatlı dəstəsinin döyüşçüləri regionda təhlükəsizlik və sülhü pozmağa çalışan silahlılar zərərsizləşdirilib. 

 

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə yetiriblər. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı