Modern.az

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası sabah toplaşacaq

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası sabah toplaşacaq

Aktual

26 Sentyabr 2021, 16:38

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin sabah İstanbulda toplantısı olacaq.

 

Modern.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutur.

 

İclasda Türk Şurasına üzv olan Azərbaycan, Qazağıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...