Modern.az

Daha bir cüdoçumuz Qran-pridə qızıl medal qazandı

Daha bir cüdoçumuz Qran-pridə qızıl medal qazandı

Aktual

26 Sentyabr 2021, 19:33

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.

 

Modern.az-ın məlumatına görə, rəqib Gürcüstan təmsilçisi Luka Maisuradze olub. Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

 

Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran-prisində qızıl medal qazanıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medala sahib olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!