Modern.az

Əhmədlidə “Şəhidlər xatirə bulağı”nın açılışı oldu - FOTOLAR

Əhmədlidə “Şəhidlər xatirə bulağı”nın açılışı oldu - FOTOLAR

Aktual

26 Sentyabr 2021, 19:55

27 sentyabr Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində Bakı şəhərində, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsi 9 ünvanında Cəbrayıl rayonunun Balyand kəndindən olan məcburi köçkün, ehtiyatda olan polkovnik Zakir Vəliyevin təşəbüsü və vəsaiti ilə “Şəhidlər xatirə bulağı”nın açılışı olub.

 

Modern.az xəbər verir ki, tədbir Cəbrayıl rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə baş tutub.

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov bu günləri keçmiş məcburi köçkünlərə yaşatdığına görə Respublika Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdarlığını bildirdi.

 

Tədbirdə iştirak edən Cəbrayıl rayon İcra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev çıxış edərək, tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq belə tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyəsində böyük əhəmiyyət daşıdığını qeyd etdi. Natiq sonra dedi:

 

“Azərbaycanda son 250 ildə itirdiyimiz torpaqlar heç vaxt geri qaytarılmayıb. 44 günlük Vətən Müharibəsi dövründə qzandığımız möhtəşəm zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti, müqqədəs şəhidlərimizin qəhramanlığı, qazilərimizin hünəri sayəsində baş tutdu. Biz məğlub ölkədən qalib ölkəyə döndük. Bu gün şəhid ailələrinə, qazilərə dövlətimiz, Heydər Əliyev fondu tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. İstefada olan polkovnik Zakir Vəliyevin bu işini alqışlayırıq”.

 

Sonra cəbrayıllı alimlərdən Hamlet Quliyev, Amil Cəfərov, istefada olan polkovnik Bünyad müəllim, Balyand kənd ziyalıları ürək sözləri ilə çıxış etdilər.

 

Sonda Zakir Vəliyev tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı