Modern.az

Hərbi gəmilərdən yaylım atəşləri açılıb

Hərbi gəmilərdən yaylım atəşləri açılıb

Aktual

27 Sentyabr 2021, 12:28

Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib.

 

Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar