Modern.az

İsrailin səfiri şəhidlərin xatirəsini anıb

İsrailin səfiri şəhidlərin xatirəsini anıb

Aktual

27 Sentyabr 2021, 13:00

İsrailin Azərbaycandakı səfiri Corc Dik Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıb.

 

Modern.az bu barədə səfirliyin "Twitter" səhifəsinə istinadən məlumat verir.

 

Səfirliyin açıqlamasında deyilir: "Biz regionda sülh üçün dua edirik və həlak olanların ailələrinə başsağlığı veririk".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...