Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır.
Qeyd edək ki, M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Modern.az