Modern.az

Bakıda 1 yaşlı oğlunu öldürən atanın məhkəməsi başlayır

Bakıda 1 yaşlı oğlunu öldürən atanın məhkəməsi başlayır

Aktual

29 Sentyabr 2021, 10:16

Bakıda 1 yaşlı oğlunu boğaraq qətlə yetirməkdə təqsirləndirilən Vüsal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraaatına verilib.

 

Qeyd edək ki, hadisə bu il may ayında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

 

28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib.

 

V.Əliyev tutularaq istintaqa təhvil verilib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi