Sentyabrın 29-da Şəki şəhərində Vətən müharibəsinin şəhidi Qənimətov Ətraf Oktay oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının açılışı olub.
Modern.az xəbər verir ki, açılış mərasimində Laçın və Şəki icra hakimiyyətlərinin nümayəndələri, millət vəkili, şəhidin ailə üzvləri və yaxınları, qazilərə iştirak edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Şəhid və qazilərimizin bu günlərdə göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir.
Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.