Modern.az

Bakıda mənzildə kişi meyiti tapıldı

Bakıda mənzildə kişi meyiti tapıldı

Aktual

29 Sentyabr 2021, 14:20

Bakıda mənzildə kişi meyiti tapılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı