18-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin təşkilatçıları Bakcell şirkətini Ziyarətçilərlə Ən Fəal İşə görə təşəkkür sertifikatı ilə təltif edib. Bakutel stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkil edilməsi üçün Bakcell tərəfindən mühüm tədbirlər görülüb. Bu il Bakcel şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, Bakcell - Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, Artırılmış Reallıq proqramları və müxtəlif oyunları nümayiş etdirib. Bakcell əməkdaşları sərgidə şirkətin məhsullarını nümayiş etdirib, qonaqlara Bakcell və onun Bakutel-dəki tərəfdaşları haqqında ətraflı məlumat veriblər. Bundan əlavə, sərgi ziyarətçilərinə mobil telefon vasitəsilə sosial media imkanlarından istifadə etmək, QR və AR təcrübəsi ilə tanış olmaq və Bakcell şirkətinin mobil xidmətlərindən tam şəkildə faydalanmaq imkanını vermək üçün Bakcell şirkəti tərəfindən pulsuz seminar və təlimlər təşkil edilib.
“Bakcell, Bakutel 2012 sərgisində uğurlu iştirakına görə sertifikatla təltif olunmasından çox məmnundur. Müştəri məmnuniyyəti Bakcell üçün çox vacib bir amildir və Bakutel sərgisi şirkətimizə indiki və gələcək müştərilərimizlə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz bir imkan yaradır”, - deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib.
