Türkiyədə millət vəkillərinin başlatdığı aclıq aksiyası davam edir. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, aksiyaya daha bir deputat qoşulub. Digər həmkarları kimi Diyarbakırdan seçilən millət vəkili Leyla Zana da aclıq elan edib.
Ümumilikdə aksiyaya 6 deputat qoşulub. BDP-li millət vəkilləri həmçinin Türkiyə Böyük Millət Məclisinin iclaslarına da aksiya ilə əlaqədar qatılmaqdan imtina ediblər. Aclıq edən deputatlar üzləşdikləri problemlərin həlli üçün lazım gələrsə ölməyə belə razı olduqlarını bildiriblər. Aksiyaçılar digər həmkarlarını da onlara qoşulmağa səsləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl hazırda Türkiyənin İmralı həbsxanasında cəza çəkən PKK lideri Abdullah Öcalana vəkilləri ilə görüşə icazə verilmədiyi halda ayağa qalxan kürdlər üzləşdikləri problemlərin həllinə nail olana kimi mübarizələrini davam etdirəcəklərini bildiriblər.
Modern.az