Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aktual

15 Noyabr 2012, 12:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 15-dən 16-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 11-16, dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Küləkli və yağışlı hava şəraitindən sonra noyabrın 16-17-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı