Modern.az

Oqtay Əsədov yenə alma problemindən danışdı

Oqtay Əsədov yenə alma problemindən danışdı

Aktual

15 Noyabr 2012, 13:19

Milli Məclisin sədri Oqtay Əsədov da Qubadakı alma problemi ilə bağlı öz mövqeyini bildirib. O, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın çıxışından sonra məsləyə münasibətini bildirərək, rayonlarda meyvə-tərəvəzin saxlanması şərtlərinə diqqət yetirməyin lazım olduğunu deyib.

Spiker qeyd edib ki, kredit verərkən həmin fermerlərdən və kəndlilərdən soruşmaq lazımdır ki, meyvələrin satışında rentabellik necədir. “Bilməliyik ki, Qubada alma ilə bağlı problem nədir, onların qiymətlərində fərq varmı, saxlamaq neçəyə başa gəlir/ Soyuducuların necə işləməsini də yoxlamaq lazımdır”.

O. Əsədov eyni zamanda Qubadakı meyvə-tərəvəzin saxlanması şəraitində bir sıra məsələlərin açıq qaldığını vurğulayıb. “Soyuducuda saxlanılmayan meyvələr əksər hallarda şəhərə gətirilmir, satışa verilmir və heyvanlara yem edilir. Bu halların qarşısını almaq üçün fermerlər arasında maarifləndirici tədbirlər aparmaq lazımdır”, – deyə spiker qeyd edib .

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı