Modern.az

Qazaxda yük maşını dərəyə aşdı

Qazaxda yük maşını dərəyə aşdı

Aktual

3 Oktyabr 2021, 14:11

 

Qazax rayonunun Daş Salahlı kəndində “MAN” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb.

 

Modern.az  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Onlar sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi