Modern.az

Gürcüstanda "Gürcü arzusu" çin oldu

Gürcüstanda

Aktual

3 Oktyabr 2021, 16:49

Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərin nəticələrini açıqlayıb.

 

Modern.az  xəbər verir ki, bülletenlərin 99,92 faizinin hesablanmasından sonra hakim “Gürcü arzusu" partiyası 46,5 faiz səslə irəlidədir.

 

Komissiyanın məlumatına görə, “Gürcü arzusu" proporsional siyahı üzrə 46,65 faiz seçici dəstəyi alıb. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin qeyri-rəsmi lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 faiz səs toplayıb.

 

Məlumata əsasən, paytaxt Tbilisi də daxil olmaqla, 20 səhər və rayonda mer seçkilərinin ikinci turu keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı